Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Müğənni Elton "İnfiniti" ilə YPX maşınını əzdi: özü və polis yaralandı - FOTO

07.06.2018 13:03 12 024
Müğənni Elton
Bu gün saat 10 radələrində Salyan yolun, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.//avtosfer.az
















Son xəbərlər