Mojo.az Banner
19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - Fotolar

05.06.2018 17:26 17 562
Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub - Fotolar
"Bir az da gec müdaxilə olunsaydı, bəlkə də, infeksiya bədənimə yayılıb ölə bilərdim”.

Median.Az
xəbər verir ki, bu sözləri "qafqazinfo”ya müraciətində Bakı sakini Nəzirə Salehova deyib. O bildirib ki, aprelin 27-də Real Hospitalında fəaliyyət göstərən plastik cərrah Mübariz Məmmədliyə liposaksiya və lipofillinq əməliyyatı etdirib. Əməliyyatdan əvvəl bütün analizləri normal çıxsa da, sonradan vəziyyəti ağırlaşmağa başlayıb:

"Əməliyyatdan sonra özümü pis hiss etməyə başladım. İstiliyim qalxdı, təzyiqim düşdü. Həkim dedi ki, nəticələr hər insanda fərqli olur, buna görə narahat olmayım. 2 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ancaq getdikcə vəziyyətim pisləşməyə başladı. Yenidən həkimlə əlaqə saxladım və səhhətimlə əlaqədar 10 gün xəstəxanaya gedib gəldim.

Bir müddət sonra sağ döşümdə şişkinlik yaranmağa başladı, rəngi də dəyişmişdi. Xəstəxanaya getdim, şprislə deşdi və sonra dedi ki, problem yoxdur.

Ancaq həmin gecə döşüm daha da şişdi və ləkələr yaranmağa başladı. Səhər ultrasəs müayinəsinə girdim və məlum oldu ki, yığıntılar var. Sinəmi yarıb günlərlə çirk çıxartdılar. Daha sonra müəyyən oldu ki, gec müdaxilə olunduğu üçün artıq infeksiya qanıma, ürəyimə, qaraciyərimə keçib”.

N.Salehova vəziyyəti daha ağırlaşdığı üçün başqa xəstəxanya üz tutub:

"Digər xəstəxanada güclü müalicə aldım. İndi vəziyyətim nisbətən yaxşıdır. Həkimlər deyir ki, tam sağlamlığımı bir ilə qazanacam”.

Şikayətçi məsələylə bağlı artıq prokurorluğa müraciət edib.

Məsələ ilə bağlı plastik cərrah Mübariz Məmmədli ilə əlaqə saxlanılıb. Xəstənin sözlərini təkzib edən həkim bildirib ki, infeksiyanın əməliyyat zamanı düşməməsi ilə bağlı əllərində sənəd var:

"Bu məlumatın yalan olması artıq təsdiqlənib. Yaxında həmin xanımı şər-böhtan atdığına görə məhkəməyə verəcəyik. Həqiqətən də xanımın sinəsinə infeksiya düşüb. Ancaq bu, əməliyyatın nəticəsi deyil. Bizim xəstəxanada ona hər hansı bir infeksiya keçməyib. Çünki biz ondan sonra əməliyyatxanamızı qanuni şəkildə yoxlatmışıq və onun sinəsində tapılan infeksiya bizdə aşkar edilməyib. İnfeksiya başqa bir yerdə yoluxub. Əgər problem bizdə olsaydı, həm hər iki sinəsi, həm də popo nahiyyəsi irinləyərdi. Xəstə əməliyyatdan sonra dediklərimizə əməl etməyib və əməliyyat ağırlaşması baş verib. Heç bir həkim istəməz ki, belə bir hadisə olsun. Əlimizdə sənədlərimiz də var və mənəvi ziyan vurduğuna görə, məhkəmə qarşısında cavab verəcək”.

Xatırladaq ki, həkim M.Məmmədli bir müddət özünü əməliyyat etməsi ilə media gündəminə gəlmişdi.






скачать dle 11.3
Mojo.az Banner