Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Əhaliyə ŞAD XƏBƏR: maaş artımı gözlənilir

02.06.2018 16:28 4 808
Əhaliyə ŞAD XƏBƏR: maaş artımı gözlənilir
"Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdrırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Bu da öz növbəsində büdcə gəlirlərində ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir”.

Median.Az
xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “modern.az”a bildirib.

Onun sözlərinə görə, büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır:

"Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə? Bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılacaq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.

Ə.Məsimli deyib ki, əgər büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10-15 dollar qaldırıla bilər:

"Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə zamanı neftin qiyməti 25 dollar götürülsə də, neftin qiyməti proqnzlaşdırıldığından baha oldu. Qiyməti dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxıb neftin qiymətini büdcədə 55-60 dollar həcmində götürmək olar. Bu məqbul variantdır”.

Qeyd edək ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Son xəbərlər