Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda maraqlı hadisə: Pulları ağlagəlməz yerdə gizlətdi, inanılmaz oldu... - VİDEO

02.06.2018 16:22 3 822
Azərbaycanda maraqlı hadisə: Pulları ağlagəlməz yerdə gizlətdi, inanılmaz oldu... - VİDEO
Cəlilabad sakininin başına qəribə hadisə gəlib. Təsəvvür edin, min bir əziyyətlə yığdığı pulu oğrulardan qorumaq üçün evin çıl-çırağında gizlədib. Ancaq gözləmədiyi anda pis bir sürprizlə qarşılaşıb. Qısaqapanma nəticəsində pullar yanıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, oğrulardan qoruduğu pulu lüstrdə gizlədib, amma pul qəfil baş verən qısaqapanma nəticəsində yanaraq kül olub.

Bu hadisə Cəlilabad rayon sakini Səbuhi Musayevin başına gəlib. O, illərdir əziyyət çəkərək 2 min manatdan bir qədər artıq pul yığıb. Çətinliklə topladığı pulu indiyədək oğrulardan qoruya bilib. Ancaq gözləmədiyi anda baş vermiş hadisə onun bütün əziyyətini sözün əsl mənasında kül edib...

Səbuhi Musayev deyir ki, oğruların əlindən məcbur qalıb pulu lüstrdə gizlətməli olub. Lakin qəfil baş verə biləcək bir hadisə ilə böyük əziyyətlə yığdığı pulun bir anda yox olacağı ağlına belə gəlməyib.

Yanmış pulların az bir qismini bank dəyişdirsə də, Səbuhi Musayev yerdə qalan 1640 manatı geri qaytara bilmir.

Qanunvericiliyə əsasən isə, əskinasın səthinin 60 faizdən az hissəsi qaldıqda həmin pul nişanı yenisi ilə əvəzlənmir.

Son xəbərlər