Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zahid Oruc: Paşinyanın komandası qorxdu

28.05.2018 12:56 2 761
Zahid Oruc: Paşinyanın komandası qorxdu
Ermənistandakı iki klan arasında davam edən müharibənin cəbhə xəttinə doğru inkişaf etməyəcəyini düşünmək də sadəlövhlük olardı.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, ermənilər, Ermənistan hakim dairələri Azərbaycan prezidenti İlham Əliyevin bəyanatından sonra erməni hərbi ekspertləri dərhal Naxçıvanda hansı növ raketlərin olmasına diqqət çəkməyə başladılar.

“Təhlillərdə də əsasən “Smerç”, “İqla-s” zenit raket kompleksləri və “TOS-1A” kimi alovsaçan sistemlərinin adı keçir və müxtəlif ranqlı dövlət adamları həmin silahlar vasitəsilə Ermənistanın strateji hədəflərinin vurula biləcəyi bəyan edilirdi. Üstəlik, Əlahiddə Ümumqoşun ordu statusuna daxil hərbi-texniki və texnolji parametrlər yenidən gündəmə qayıtdı.

Azərbaycanlı əsgərin öldürülməsinə qarşı Naxçıvandan verilən reaksiyadan görünürdü ki, kontur zərbə assimetrik ola bilər. Yəni, cəmi 3 gün sonra guya naməlum şəraitdə erməni əsgəri 20 yaşlı Martin Xaçatryanın meyiti tapılır”,-deyən, millət vəkilinin sözlərinə görə, döyüş bölgəsi şəraitdə bütün müşahidə qurğularının nəzarəti altında qaranlıq heç nə qala bilməz.

Millət vəkili bildirib ki, sadəcə, erməni inqilabi liderləri cəmiyyətdəki dirçəlişi belə xəbərlə boğmaq istəmədilər və ona görə də hadisə yerinə iki yüksək çinli nazir-Tonoyan və Mnatsakanyanı göndərdilər.

“Fövqəladə vəziyyət rayonuna gələn xarici işlər və müdafiə nazirlərinin rəhbərlərinə hansı raportu verdiyi bəlli deyil, lakin erməni ordusunun mətbuat katibi məlumat yaydı ki, sən demə, azərbaycanlılar yeni istehkam qazaraq mühəndislərin əli ilə irəliləməyə və mövqelərini möhkəmlətməyə cəhd edirlər.

Doğrudur, insidentin Rusiyanın təxribatı olduğunu iddia edən media mənsubları da tapıldı və sən demə, Kreml TANAP-ın qarşısına yeni hərbi eskalasiya ilə çıxır. Lakin görünür, Paşinyanın hələ kövrək olan komandası belə uydurmaların rus kəşfiyyatı tərəfindən tez bir anda ifşa ediləcəyini görüb onu çeynəməkdən vaz keçdilər”, -deyə, millət vəkili sözlərinə əlavə edib.скачать dle 11.3

Son xəbərlər