Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

30 manata intim münasibət təklifi və... - 3 qız və bir kişidən ŞOK ƏMƏL

22.05.2018 14:17 6 021
30 manata intim münasibət təklifi və... - 3 qız və bir kişidən ŞOK ƏMƏL
Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2016-cı ildə təsis olunan bu saytı yaratmağı ona Natavan Mehdiyeva təklif edib: "Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz həmin məkanda çəkiliş apardıq".

Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayeva məxsus olan obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada qadınla intim münasibətdə olmağı təklif ediblər: "Biz bu faktları qeyd etdik və bu sübutları polisə verdik".

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: "Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin Abdullayev ona gecə vaxtı zəng edib: "Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı".

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: "Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar".

Növbəti proses mayın 30-da davam edəcək.

Son xəbərlər