Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Vergi ödəyənlər üçün 400 min manatlıq artım – nə yeniliklər edilə bilər?

16.05.2018 16:29 3 181
Vergi ödəyənlər üçün 400 min manatlıq artım – nə yeniliklər edilə bilər?
"Vergilər Nazirliyi “Vergi Məcəlləsinə” yeni dəyişikliklər hazırlayır. Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib. Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir".

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var.

Vergi sistemində nələrin edilməsinə ehtiyac var?

"Əvvəlla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir. İkincisi, vəsaitin nağdılaşdırılması zaman tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə vergi” xalis mənfəətdən ayırmadir ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir".

V.Bayramov deyir ki, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var: "Mövcud qanunvericiliyə əsasən, elm ilə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki, sektorlardan asılı olaraq vergi dərəcələrinin fərqləndirilməsinə ehtiyac var. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır. Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də, fiziki şəxslərin gəlir vergisinin də azaldılması vacibdir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflərimizi hökumətə təqdim etdiyimiz üçün bütün qeydlərimizə bir statusda toxunmaq mümkün olmasa da xüsusilə qeyd etmək lazımdır ki, vergiyığmada şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafının sürətləndirilməsi üçün vergi yükünün azaldılması qaçılmazdır"./bakuws

Son xəbərlər