45 yaşlı kişi 9 yaşlı qızı zorladı — ŞOK ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Göygöldə avtomobil ağaca çırpılıb: xəsarət alanlar var  |     22:53 Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib  |     22:33 "Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub  |     22:28 Sürücülərin və sərnişinlərin işlərini çətinləşdirən yol: Vəziyyət necə yüngülləşdirilə bilər?  |     22:15 Salyanda 2000-dən çox ot bağlaması yanıb  |     22:03 Cəlilabadda yığılan kartofun yarıdan çoxu xaricə ixrac olunub  |     21:57 Naxçıvanda voleybol festivalı keçiriləcək  |     21:52 İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub  |     21:45 Şıx çimərliyi yaxınlığında baş verən yanğın söndürüldü  |     21:37 Dünyanın ən varlı 10 adamı: Nə qədər qazanırlar və nə ilə məşğuldurlar?  |     21:30 Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?  |     21:24 Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu  |     21:16 Azərbaycan və Pakistan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:11 Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb  |     20:58 General Məhərrəm Həsənov vəzifəsindən AZAD EDİLDİ - YENİ TƏYİNAT  |     20:55 "Google" rəqiblərini qabaqlamaq üçün smartfonu ilə bağlı ənənəni pozur  |     20:48 Azərbaycanda dəhşət: əsir kimi saxlayıb zorla işlətdi  |     20:40 MİDA-nın yarım milyonluq tenderi baş tutmadı  |     20:35 Ev almaq üçün ən sərfəli variantlar: Kimlər uduzmaz?  |     20:29 Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... (VİDEO)  |    

45 yaşlı kişi 9 yaşlı qızı zorladı — ŞOK ARAŞDIRMA

9 yaşlı qızı zorlayan Tovuz rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib. 

Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Əhmədov Əhliman Nizami oğlunun may ayının 15-də keçiriləcək məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək. 

Xatırladaq ki, Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşdı

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Nazlı Qəmbərovanı (ad və soyad şərti verilib – red.) görüb.

Zorakılıq

Əhliman Əhmədov Nazlıya saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

Bu zaman Nazlı Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

Zorlama və hədə-qorxu

Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Nazlı ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.
Əhliman Nazlıya baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

Azyaşlıdan şikayət və həbs

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.

Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.
Ciddi rejim: 9 il cəza

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

"Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm”

Hökmdən narazı qalan Əhliman Əhmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Əsassız şikayət

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apellyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.

Bundan sonra Əhliman Əhmədov eyni tələblə kassasiya şikayəti verib. Onun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

Ötən ilin sentyabr ayında şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kassasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

Əhliman Əhmədov məktububnda göstərib ki, o, kassasiya şikayətinə baxılmasından imtina edir. Hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.

Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kassasiya şikayətini baxılmamış saxlayıb.//olke.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            14 715 14.05.18 18:52