Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Oğlumdan görmədiyim hərəkəti ondan gördüm” - Nazirlə görüşən fermer

12.05.2018 14:28 3 591
“Oğlumdan görmədiyim hərəkəti ondan gördüm” - Nazirlə görüşən fermer
“İnam Kərimov mənim yuxumda gördüyüm nazir oldu”.

Bunu AzNews.az-a açıqlamasında Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov kənd təsərrüfat naziri İnam Kərimovla görüşündən danışarkən deyib. Onun sözlərinə görə, fermerlik ona ata-babasından keçib:

“Uzun müddət kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə işləmişəm. Pensiyaya çıxandan sonra isə fermer sahəsini genişləndirmək istədim. Hələ vəzifələrdə işləyən dövrdə kollegiya iclaslarında həmişə nazirləri tənqid etmişəm. Azərbaycanda torpaq islahatlarını aparan mütəxəssis mən olmuşam. Həmişə istəmişəm birinci adam olum. İndi də fermer təsərrüfatında birinci adam olmaq istəyirəm. Ölənə kimi çalışacam. Aktivliyi sevirəm. Arzulamışam ki, millətin qayğısını çəkən nazir olsun üstümüzdə. Amerkaya kimi getmişəm, amma hələ bu günə kimi belə nazir görməmişəm. Çoxdan arzulayırdım ki, Azərbaycanda belə bir nazir olsun. Heç kimə yaltaqlanmıram. Nazirləri biabır, tənqid edən adamam. Nə bir kəsdən qorxuram, nə də çəkinirəm. İnam Kərimovun təyinatı kəndə dəstək verdi. Çox qəribə nazirdir, oğlumdan görmədiyim hərəkəti ondan gördüm. Çox gözəl insandı”.


İldırım Məmmədov nazirlə görüşündə bir sıra təkliflər irəli sürdüyünü deyib: “Bütün təkliflərimi dinlədi, kənd həyatı, insanla maraqlandı. Mən onu tanımıram, adını da güclə yadımda saxlayıram. Elə bildim hər gün evimə gələn qonaqlardandır, əl uzadıb görüşəndə nazir olduğunu dedilər. Çaşdım qaldım, hələ də özümə inana bilmirəm ki, nazir olasan fermerin evinə gələsən. Axı görməmişik. Kənd əhalisinə dəstək lazımdır. Bu da İnam Kərimovda var, inanıram ki, o xalqın etimadını qazanacaq. Fermer təsərrüfatımda iri buynuzlu mal-qara, toyuq-cücə də var. Amma bu təsərrüfatı çoxaltmaq istəyirəm. Nazir də dedi ki, "ən azı 3 dəfə artırmaq lazımdır". Nazirə dedim ki, mini texnika lazımdır. Respublikaya mini texnika gətirilsə, süni mayalanma gücləndə təsərrüfat 5 dəfə çoxalacaq. Xarici ölkələrdən baha qiymətə inək gətirməkdənsə toxumlarını gətirib tətbiq eləmək lazımdır. Xarici inəklər burada dözmür, tez ölür. Keçmiş nazirin gətirdiyi traktorlar kəndçiyə lazım deyil. Kəndçi üçün mini traktor lazımdır. Nazir gedərkən sürünün içindən bir quzu tutub aldı qucağına. Dedi ki, "nazirdən quzu iyi gələr". Onun bu hərəkəti məni 90 dərəcə dəyişdi. Bizə belə nazirlər lazımdır”.

Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov bu günlərdə Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədovla görüşüb. Görüş cəmiyyətdə böyük müzakirəyə səbəb olub.

Son xəbərlər