Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Ölkənin ən bahalı şousunun başlanmasına sayılı günlər qalır - FOTO

11.05.2018 16:26 4 183
Ölkənin ən bahalı şousunun başlanmasına sayılı günlər qalır - FOTO
Ölkənin ən bahalı və ən reytinqli şousunun başlanmasına sayılı günlər qalır. “Maşın” şou mayın 28-də ATV-də ilk efir həyəcanını yaşayacaq.

Median.Az “M Group Production”dan aldığı məlumata görə, növbəti dəfə 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. Bütün Azərbaycanı ekrana bağlayan “Maşın” realiti şounun iştirakçı heyəti də artıq bəllidir. Demək olar ki, iştirakçı seçimi yekunlaşıb. İştirakçıların hamısı tanınan, sevilib-seçilən məşhurlardır. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da... Lakin bu dəfə yeni adlar çoxluq təşkil edir. Müxtəlif kanalların siması olan tanınmış aparıcıların iştirakı da gözləniləndir. “Maşın”ın 16-cı sürətində də hər kəsi sürprizlərlə dolu bir həyəcan gözləyir. Layihə rəhbəri və aparıcı hər zamankı kimi əməkdar artist Murad Dadaşovdur.

Qeyd edək ki, Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın” ilk efir gününə qədər bir çox məşqlərdən və hazırlıq dövründən keçir. Belə ki, realiti şou üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıqlar aparır və gündəlik toplantılar edir. Toplantılarda “Maşın”ın konsepsiyası düşünülür və konsepsiyaya uyğun dekorun hazırlanması üçün danışıqlar gedir.

Onu da vurğulayaq ki, “Maşın” realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Belə ki, “Maşın” şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür. Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar da dəvət olunacaq.

Yeni loqonun və konsepsiyanın tizeri üzümüzə gələn həftədən etibarən yayıma buraxılacaq. “Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqram düşünüb hazırlamağa da başlayıb.

Beləliklə “Maşın” realiti şou 16-cı möhtəşəm sürəti ilə may ayının 28-dən etibarən reytinqləri alt-üst etməyə gəlir...













Son xəbərlər