Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Əbülfəs Qarayevdən Fuad Poladov açıqlaması- NAZİRLİYİN QƏZETİNDƏ BAŞSAĞLIĞI OLACAQ

07.05.2018 11:47 2 752
Əbülfəs Qarayevdən Fuad Poladov açıqlaması- NAZİRLİYİN QƏZETİNDƏ BAŞSAĞLIĞI OLACAQ
Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı baş sağlığı verməməsi, həmçinin, onun dəfninə qatılması cəmiyyətdə ciddi tənqidə məruz qalıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndilirlir.

Bəs görəsən, nazir özü bu barədə nə düşünür?


Gununsesi.info-nun əməkdaşı  nazirə telefon açaraq, onun mövqeyini soruşub. Əbülfəs Qarayevlə qısa dialoqumuzu olduğu kimi təqdim edirik:

– Əbülfəs müəllim, salam. Sİzi Ggununsesi.info xəbər saytından narahat edirik.

-Salam. Buyurun eşidirəm…

-Cənab nazir, Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməyiniz, habelə, dəfn mərasiminə qatılmamağınız ciddi tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsinizmi?

– Bir anlıq fikrə gedir (red.)… Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm.
Əməkdaşımızın nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyamıza telefon açıb. 
Sualımızla bağlı Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan “Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək: “Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”.

Son xəbərlər