Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI |
Mojo.az Avto
Mojo.az Avto

''Niva'' alan gəncin sevincini polisdən gələn zəng alt-üst edib - FOTO

05.05.2018 17:13 13 146
''Niva'' alan gəncin sevincini polisdən gələn zəng alt-üst edib - FOTO
Bakıdan avtomobil alıb Naxçıvana gedən gəncin sevincini polisdən gələn zəng alt-üst edib. Naxçıvan sakini olan Əsgər Babayev zəngdən sonra dələduzların qurbanı olduğunu anlayıb.

Şikayətçi Ə.Babayev Criminal.az saytına bildirib ki, 2017-ci ilin aprelində maşın bazarına maşın almağa gedib. Onun sözlərinə görə, bazarda ''Niva'' markalı avtomobil axtararkən bir nəfər yaxınlaşaraq ucuz qiymətə kreditlə avtomobil təklif edib: ''Onunla birlikdə 2007-ci il buraxılışı olan Niva markalı avtomobilə baxış keçirdik. İlkin olaraq 2800 manat, daha sonra isə 10 aya 3600 manat ödəməklə razılaşdıq. Avtomobil alverçiləri olan Roman, Elçin və Rauf adlı şəxslərlə onların 20 Yanvar metrosu yaxınlığındakı Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsində, Access bankın filial olan binanın 1-ci mərtəbəsində yerləşən ofislərinə gəlib müqavilə bağladıq. Sonra dövlət nömrə nişanı 20 CX 808 olan, ağ rəngli, 1690 kub sm mühərrik həcmi olan Nivanın mənə baş etibarnamə əsasında verilməsi üçün 14 saylı Notariat Kontoruna getdik. Burada avtomobilin mülkiyyətçisi Vəliyeva Sima İdris qızı olsa da notariusda onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi Yolçiyev Emil Etibar oğlu çıxış etdi. Avtomobil 99 XU 762 nömrəsilə mənə verildi. Əvvəllər hər şey qaydasında idi. Mən avtomobili 2018-ci ilin yanvarında Naxçıvana evimizə gətirdim. Tanış ustadan xahiş etdim ki, mən Bakıya gedəndən sonra avtomobilin rəngi qopmuş hissələrini bərpa etsin. Bu il martın əvvəlində Naxçıvan şəhər polisindən zəng oldu ki, sənin avtomobilinin korpusunda yazılmış nömrə silinib təkrar yazılıb. Avtomobilin rama hissəsi başqa bir avtomobilə məxsusdur. Bir sözlə avtomobil oğurluqda şübhəli olduğuna görə onu cərimə meydançasına aparıblar və hazırda müstəntiq tərəfindən bu istiqamətdə araşdırma aparılır''.

Ə.Babayev deyir ki, maklerlərinin ofisinə gedib müdirləri olan Elçinə məsələni anladıb: ''Bildirdim ki, mənə verdiyiniz avtomobil hazırda Naxçıvan Polis İdarəsində həbsdədir. Avtomobilin rama hissəsilə ban və motor nömrələri sonradan bir-birinə uyğun olmadığını, avtomilin oğurluq olma ehtimalı var. Dedim ki, avtomobilin mülkiyyətçisi olan Sima Vəliyevaya çatdırın ki, avtomobilində olan çatışmazlığın səbəbi barədə Naxçıvan polisi ilə danışsın. Ya mənim avtomobilimi polidən alıb qaytarın, ya da verdiyim cəmi 6400 manat pulu qaytarın. Əvvəlcə Elçin və digər maklerlər narahat olmamağımı bildirsələr də bu işi qaydasına qoya bilmədilər. Naxçıvan polisi də onlara bildirdi ki, avtomobil metalloma getməli və doğranmalıdır. Hazırda məsələ dalana dirənmişdir. Oğurluq avtomobili məni kredit adı altında şirnikləndirərək satmış dəstə indi haram qatılmış əmlaklarına sahib çıxmaq istəmirlər. Mənə bildirilər ki, get məsləni Naxçıvanda özün həll et. İş yerim Türkiyədədir. Mən sadəcə olaraq satılmış oğurluq avtomobilin əvəzinə ödədiyim pulu geri tələb edirəm''. 

Ə.Babayev əlavə etdi ki, başına gətirilən problemlə bağlı polisə şikayət edib. 












Son xəbərlər