Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu

05.05.2018 13:27 4 578
Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu
Bir neçə gündür ki, Nizami rayonu ərazisində mənbəyi məlum olmayan pis qoxu yayılır və sakinlərin narahatlığına səbəb olur.

Bu gün də səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ də çəkilməyib. Qaz və mazut qoxusu daha çox Babək prospekti tərəfdə hiss olunur, “Koroğlu” metrostansiyasına qədər geniş bir ərazini əhatə edir.

Rayonun Fəhlə prospekti istiqamətində yaşayan sakinlər də qoxunun orada da kəskin şəkildə hiss olunduğunu bildirirlər.
Havadakı bu xoşagəlməz qoxunun Babək prospektində fəaliyyət göstərən Bakı Neft Emalı Zavodunda aparılan işlərlə əlaqəli olduğu güman edilir.

Məsələ ilə bağlı açıqlama verən Nizami rayonu icra başçısının I müavini Qərib Məmmədov qaz qoxusunun yayılma səbəbini belə izah etdi: “Qoxunun yayılma səbəbi Babək prospektində yerləşən Neft Emalı Zavoundan tullantıların havaya buraxılması ilə bağlı ola bilər. Bu tullantıların qoxusu ətrafa yayılır, bir müddətdən sonra çəkilir”.//musavat.com

Son xəbərlər