Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI |
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan həmkarlarına müraciət: “Hansınız 52 manatla dolana bilərsiz”

04.05.2018 16:09 2 155
Deputatdan həmkarlarına müraciət: “Hansınız 52 manatla dolana bilərsiz”
Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: “ Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: “ İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.

Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: “Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.

Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.

Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: “Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz? Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatların qaldırdığı məsələyə münasibət bildirib. O bildirib ki, ilk növbədə prezindentin sərəncamına əsasən ölkənin ərazi bütövlüyü uğrunda əlil olan şəxslər evlə təmin edilib: “ 2014-2018- ci illər dövlət proqramında bütün kateqoriya əlillərə bu şamil edilməyib. Düşünürəm ki, bu proqram daha 4 il artırılmalıdır ki, bütün kateqoriyaladan olan əlilləri əhatə edə bilsin. Hər il 350-400 nəfər Qarabağ əlilləri üçün fərdi ev tikintisi aparılır”.

Nazir müavini əlilliyin qiymətləndirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələdə narazı olanların fikirləri ilə razıdır: “Mən də ixtisasca həkiməm. Ona görə də həkim kimi razılaşa bilmrəm. Xəstəni görmədən ona əlillik təyin etmək düzgün deyil. Bu o zaman düzgün olardı ki, Səhiyyə Nazirliyinin bununla bağlı elektron portalı tərtib ediləcək, o zaman məsələ bütün xəstələr haqqında məlumatlar orada qeyd olunacaq.

Əlilliyin hazırkı formada qiymətləndirilməsinin isə bir neçə müsbət cəhəti var. İndi artıq kağız daşıyıcları yoxdur, vətəndaş-məmur münasibətləri sıfıra endirilib. Demək olar ki, korrupsiya yoxdur”.

Son xəbərlər