Mojo.az Banner
17:59 İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb  |     17:51 Gürcüstan iki önəmli şəxsi Türkiyəyə təhvil verdi  |     17:50 İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı  |     17:29 Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA  |     17:05 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:50 Azərbaycanlı iş adamının sifarişli qətli ilə bağlı bir nəfər ölkəmizə ekstradisiya edildi  |     16:40 Sabah ölkənin dörd rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     16:13 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!  |     16:08 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu  |     16:07 Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir - XƏBƏRDARLIQ  |     15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |     15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |     14:50 Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR  |     14:47 Sabah çimərliklərdə hava şəraiti necə olacaq?  |     14:35 Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"  |     14:30 Sabah 36 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Narkoloji Mərkəzin direktoru həbs edildi

04.05.2018 13:33 6 096
Narkoloji Mərkəzin direktoru həbs edildi
Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Median.Az
-ın APA-ya istinadən xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

T. Məmmədhəsənov da daxil olmaqla, hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında qeyd olunur ki, hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı prezidentin tapşırığına əsasən, təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06:00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, eləcə də, kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.скачать dle 11.3
Mojo.az Banner