Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ adı altında "xidmətlər" - Jurnalistə hücum çəkdilər, polis işə qarışdı (VİDEO)

03.05.2018 17:24 3 111
Qarabağ adı altında
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində ötən günün mübahisəli buraxılışının ardı tamaşaçılara təqdim edilib.

Nəsimi rayonu Alı Mustafayev küçəsində yaşayan sakinlər kafelərin əlindən təngə gəliklərini bildiriblər. Yazmadıqları qurum qalmadığını qeyd edən şikayətçilər Space Tv-yə müraciət ediblər. Araşdırmalardan sonra teleaparıcı Amil Xəlil adı çəkilən kafelərə yollanıb.

Kafelərdə ciddi təziqlərə məruz qalan aparıcıya yoldan keçən polis əməkdaşları köməklik edib. Kameraya da əl uzadan "QARABAĞ" kafesinin sahibi ona ciddi ziyan vurub. Bu da yetməmiş kimi təhdidlərin ardı arası kəsilmir: "Yaxşı edirik. Gedin kimə deyirsiz, deyin!"

Daha sonra digər kafenin sahibəsi də Amil Xəlilə yaxınlaşaraq təkbətək söhbət etməyə çalışır. Görünən odur ki, rüşvətlə nəyinsə üstünü öt-basdır etməyə çalışır. Bizdə musiqi olmur deyən xanımın kafesindən biraz sonra musiqiçilər çıxıb qaçmağa başlayır. Jurnalistlərə hücum edən şəxs polis əməkşaları tərəfindən bölməyə aparılır.

Verilişdə "QARABAĞ" və işğal olunmuş bölgələrin adları ilə açılan kafelərlə bağlı da maraqlı şərh tamaşaçılara tədim edilib.

Son xəbərlər