Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:58 Daha 20 tələbəyə təqaüd veriləcək | 20:53 Erməni nazir yeni konstitusiyadan danışdı | 20:45 Bu mobil cihazlar da POS-terminal sayılacaq | 20:40 Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq | 20:32 Sabah hava necə olacaq? | 20:27 Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş | 20:19 Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? (VİDEO) | 20:13 “Amay” Ticarət Mərkəzinin damında təhlükə - VİDEO | 20:05 "Gün keçdi" filminin davamı çəkilə bilər | 20:00 Tarixi gəmi turistlər üçün batırılacaq | 19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" |
Mojo.az Avto
Mojo.az Avto

Builki Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib

01.05.2018 17:30 1 855
Builki Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib
Bakıda 3-cü dəfə baş tutan Formula 1 yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31% artıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.
Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Bu il satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.
Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Yarışa qızğın mübarizəylə başlayan Force India komandasının pilotu Esteban Okon ilə Williams komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, McLaren komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və Red Bull komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə və nəhayət qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması Formula 1 azarkeşlərə həyəcanlı anlar yaşadıb.

Təhlükəsizlik maşını Haas komandasının pilotu Roman Qrojan üçün fəlakət olub. Etdiyi səhv ucbatından Romanın baryerlə toqquşmasından sonra yarışın bərpası bir az da ləngiyib.

Bundan başqa, yaşıl işıq yandıqdan sonra yarışın bitməsinə bir neçə dövrə qalmış birinci döngədə Ferrari komandasının pilotu Sebastian Fettelin etdiyi manevr ona baha başa gəlib. Belə ki, dördqat dünya çempionu olan Sebastian Fettel Mercedes komandasının pilotu Luis Hamilton, yarışın lideri Valtteri Bottas, komanda yoldaşı Kimi Raykkonen və Force India komandasının pilotu Serxio Perezdən geri qalıb.
Bottasın təkərinin qəfil partlaması isə Hamiltona qələbə, Raykkonenə ikincilik və Perezə Bakıda üçüncülük, o cümlədən 2 dəfə podium qazandırıb. Beləliklə Bakıdakı sonuncu Formula 1 yarışı da ötən ilki yarış kimi uzun illər yaddaşlardan silinməyəcək.

Yarışdan əlavə, 2018 Formula 1 Azərbaycan Qran Prisi möhtəşəm Kristal Zalında dünya ulduzlarının iştirakı ilə baş tutan axşam konsertləri və əyləncə proqramı ilə də yadda qalıb. Cümə günü səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai qrupu çıxıb. Daha sonra əfsanəvi DJ Afrojack-in təqdimatında baş tutan əyləncə proqramı gecə saatlarınadək davam edib.

Şənbə günü dünya ulduzu Kristina Aqilera öz repertuarının ən sevilən mahnıları ilə gecəyə rəng qatıb. Ardınca səhnəyə çıxan DJ Axwell /\ Ingrosso isə tamaşaçılara əyləncəli anlar yaşadıb. Qran Prinin son günündə “Brit Awards” müsabiqəsinin ikiqat qalibi Dua Lipa və ardınca çıxış edən DJ Martin Solveig möhtəşəm yarış və əyləncə həftəsonuna öz damğasını vurublar.

Son xəbərlər