Mojo.az Banner
21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? — ARAŞDIRMA

27.04.2018 14:34 3 142
18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? — ARAŞDIRMA
Son zamanlar həkim səhvindən sadə insanlar arasında ölüm sayı çoxalıb.

Median.Az
“Ölkə.Az”a istinadən xəbər verir ki, bu ölümləri əsasən plastik cərrahiyə əməliyyatları zamanı, anaların doğuş zamanı müşahidə etmək olar. Bunula bağlı isə qanunda bir sıra boşluqlar var. Belə ki, həkimin əlində xəstə dünyasını dəyişirsə həmin həkimə qarşı cinayət məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanır. Əksər hallarda da həkimə istintaq dövründə həbs qətimkan tədbiri seçilmir. İstintaq yekunlaşdıqdan sonra isə cinayət işi aidiyyatlı rayon məhkəməsinə göndərilir. Bu maddənin sanksiyasında isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə  cəzası göstərilir. Belə yüngül maddə ilə məhkəmələr yüngül cəza veririlər, nəticədə həkim həbs olunmur və qayıdır yenidən iş başına. Daha doğrusu elə istintaq dövründə də öz fəaliyyətini davam etdirir. Nəticədə zərərçəkən yenə də sadə vətəndaşlar olur.



Bu gün Yasamal Rayon Məhkəməsinin verdiyi qərar isə nisbətən fərqli oldu. Belə ki, 2015-ci ildə cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət məcəlləsinin 124.1-ci maddəsi ilə olan cinayət işi ibtidai istintaqa qaytarılıb.

Qeyd edək ki, bu işə iki ilə yaxın müddətdə Yasamal Rayon Məhkəməsində baxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə cinayət məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə olan cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızı dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. “StarMed” klinikasında baş verən faciədən sonra “Avrasiya” klinikasında fəaliyyətə başlayan həkim Sənan Mehdiyev qəbul qaydalarını dəyişib. Müraciət edənlərin şəxsiyyət vəsiqəsi yoxlanılır, xəstə yaxınlarına baş verəcək hər hansı hadisəyə görə həkimin məsuliyyət daşımayacağı bildirilir.



Dünyasını dəyişən Namiq Mürsəlov o zaman verdiyi müsahibədə deyib:

“Sənan Mehdiyev haqqında yaxşı cərrah rəyi var idi. Leyla da deyilənlərlə bizi razı saldı. Əslində mən və anası ona çox dedik, ehtiyacın yoxdu, qızımın şəkillərdə də heç qüsurunun olmadığını görə bilərsiz. Leylanın əməliyyatı tək plastik məqsədli yox, həm də tibbi tərəfdən lazımlı idi. Burununda çəpər əyriliyi də vardı. Xəbərlərdə qızımın ürək problemini gizlətdiyimizi, elə bu səbəbdən öldüyünü yazırlar. Bəli, Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı və müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik, martın 9-u analizlər, müayinələr aparıldı. Sənan həkim kobud insandır, onun xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı. Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı-1500 manat danışmışdıq, vəssəlam. Qızımın ətraflı müayinə və psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm. Təssəvvür edin, əməliyyatda rol oynayan anestezoloqu yalnız faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən azı qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni və yaxının izni olmadan əməliyyata başlayıblar.”

Sənan Mehdiyev yazılanların əksinə olaraq əməliyyatın gözəlləşmə olduğunu deyib:

“Bu, 2 saata yaxın çəkən əməliyyatdır. Xəstənin anası da burundan gözəlləşmə əməliyyatı olub və onlar bilirlər ki, bu, çəpər əməliyyatı kimi deyil. Mən işlədiyim 13 il ərzində 15 minə yaxın cərrahiyə əməliyyatı etmişəm. Bu əməliyyatlar içində ilk belə hadisədir ki, ölümlə nəticələnir. Amma buna görə məni günahlandırmaq düzgün deyil. Əməliyyat olunan zaman pul xəstəxanaya ödənilib. Xəstə ölən kimi yaxınları bildirdilər ki, ödənilən pul geri verilsin. Biz o pulu həmin vaxt ödədik”.



“Avrasiya” klinikasının direktoru Azər Nağıyevin cərrah Sənan Mehdiyevlə bağlı açıqlaması bizimçün gözlənilməz oldu. Direktor, S.Mehdiyevin onların kilinikasında fəaliyyət göstərdiyini təsdiqlədi və bildiridi:

“Sənan həkim peşəkar cərrahdır, müraciət edən pasiyentlər, xüsusilə də cavan pasiyentlər məhz onun əməliyyat etməsini istəyirlər, bizə onun həkimliyinə xitam verilməsi ilə bağlı ya hüquq-mühafizə orqanlarından, ya da səhiyyə nazirliyindən hər hansı sənəd daxil olmayıb. Ola bilər həmin qərar Sənan müəllimlə bağlı yox, anestezioloqla bağlı qərardır”.скачать dle 11.3
Mojo.az Banner