Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib |
Mojo.az Avto
Mojo.az Avto

Metropolitendən kənddən gələnləri təhqir edən işçi haqda açıqlama: "Şəxsi fikridir"

24.04.2018 18:26 2 178
Metropolitendən kənddən gələnləri təhqir edən işçi haqda açıqlama:
Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin xidmət şöbəsinin rəisi Lalə Babayevanın kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələr müzakirə edilir.

Məsələyə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) münasibət öyrəndik.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Lalə Babayeva şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır:

"Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab eləmirəm. Emosialarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib".

Xatırladaq ki, L.Babayeva sosial şəbəkənin aktiv istifadəçilərdəndir. Paylaşımlardan birində kəndlərdən gələn vətəndaşların metrodan istifadə zamanı qatarları zibillədiklərini irəli sürərək, kəndlərdən gələnləri təhqir edib.

Son xəbərlər