Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "elektrik hücumu": Sakinlərə əsl şok yaşatdılar

24.04.2018 18:12 4 554
Bakıda
Paytaxtın müxtəlif ərazilərində elektrik şəbəkəsində yaranmış yüksək gərginlik nəticəsində məişət əşyaları sıradan çıxıb

Bakının Xətai rayonunda elektrik şəbəkəsində yaranmış yüksək gərginlik nəticəsində onlarla mənzilin məişət əşyaları sıradan çıxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu şoku yaşayanlardan biri də Nəsrəddin Tusi küçəsindəki 22 saylı binanın sakini Alyona Salayevadır.

O bildirib ki, səhər saat 08:00 radələrində mətbəxdən gələn səsə oyanıb. Eyni zamanda mənzildə olan bütün elektrik cihazları yanıb-sönürmüş. Bir neçə dəqiqə içində Salayevanın bahalı soyuducusu, mikrodalğalı sobası, internet-modemi, kombi cihazı və hətta lampaların patronları sıradan çıxıb. "Elektrik hücumu"ndan xilas olan məişət cihazları isə paltaryuyan maşın, televizor və vanna otağındakı lampadır ki, onlar da elektrikdən ayrı olublar.

Salayeva bildirib ki, hadisədən dərhal sonra "Azərişıq" ASC-yə müraciət edib. Oradan isə bildiriblər ki, bu barədə ASC-nin rayon şöbəsinə müraciət etmək lazımdır.

Zərərçəkmiş əmindir ki, ona dəyən maddi ziyana görə kompensasiya ala bilməyəcək. Lakin o, ona dəyən zərərin əvəzi ödənilənə qədər sakit durmayacağını bildirib.

Elektrik şəbəkəsində yüksək gərginlik təkcə Salayevanın mənzilində qeydə alınmayıb. Onun sözlərinə görə, qonşularının hamısının elektrik xəttinə qoşulu olan məişət cihazları sıradan çıxıb. Qonşunun mənzilindəki stabilizator son həftə ərzində gərginliyin 60-dan 380 voltadək yüksəldiyini göstərib. Yeri gəlmişkən, həmin cihaz aprelin 23-ü səhər tezdən ən maksimal rəqəmi göstərib.

Baş vermiş hadisəni Sputnik Azərbaycan-a şərh edən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, hətta abonentlər şöbəyə müraciət etsələr belə, məsələ ilə bağlı "Elektrik enerjisindən istifadə qaydaları"na uyğun olaraq hərtərəfli araşdırma tələb olunduğunu deyib.

"Azərişıq"dan onu da bildiriblər ki, hər bir vətəndaşın mənzilində elektrik alətlərini yüksək gərginlikdən qorumaq üçün avtomat quraşdırılmalıdır: "Əgər avtomat yoxdursa, o zaman dəyən ziyana görə vətəndaş özü məsuliyyət daşıyır".

Bununla yanaşı, "Elektrik enerjisindən istifadə qaydaları"nın 10-cu maddəsinə görə, enerji sistemdə və ya enerji təchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyibsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

T.Mustafayev isə elektrik şəbəkəsində baş vermiş yüksək gərginlik nəticəsində istehlakçılara dəyən ziyanın ödənilib-ödənilməyəcəyi barədə sualı şərh etməkdən yayınıb. Baxmayaraq ki, enerji təchizatı müəssisəsinin günahı ucbatından istehlakçılara külli miqdarda zərər dəyib.


Salayevanın bu barədə "Facebook" sosial şəbəkəsində yazdıqlarını şərh edən istifadəçilərdən biri də oxşar vəziyyətin onların Əhmədli qəsəbəsində yerləşən evində də baş verdiyini bildirib. O da qeyd edib ki, yüksək gərginlik səbəbindən onların da evindəki bütün məişət cihazları sıradan çıxıb. Daha sonra başqa bir istifadəçi yaşadığı 8-ci mikrorayon ərazisində də analoji hadisənin baş verdiyini bildirib./sputnik.az

Son xəbərlər