Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyev: "Rüşvətxorluğa son qoyulmalıdır" - VİDEO

24.04.2018 17:11 2 705
Ramiz Mehdiyev:
"Miqrasiya xidməti Respublikanın qapısıdır, bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”. ATV.az xəbər verir ki, təqdimatda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısının miqrasiya xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu və bunların tezliklə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.

"Cənab prezident hesab edir ki, miqrasiya xidmətində təmizlik aşkarlıq olmalıdır. Şəffalıq olmalıdır. Bu rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah bu məsələlər yenə baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun. Miqrasiya xidməti Azərbaycanın qapısıdır. O, şəffaf işləməlidir, təmiz işləməlidir, açıq işləməlidir. Təmiz olmalıdır. Ölkəyə, dövlətə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, belə qurum Azərbaycan üçün lazımsızdır".

Yeni təyin olunan Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov Prezidentin ona göstərdiyi etimadı doğruldacağına söz verdi.

Sizə də dövlətimizin rəhbərliyinə də əmin etmək istəyirəm ki, bu tapşırıq vəzifələrin öhdəsindən gəlmək üçün bütün bilik bacarığımızdan əlimizdə olan bütün vasitələrdən istifadə edərək bizim qurumda şəffaflığın, məsuliyyətli yanaşmanın vətəndaş məmnunluğunun təmin olunması üçün bütün tədbirləri həyata keçirəcək.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdimat mərasimindən sonra “ATV Xəbər”in suallarını cavablandırıb. Onun sözlərinə görə, artıq təyinatların böyük hissəsi baş tutub, amma bəzi yeniliklərin olacağı da istisna deyil.

"Gənc kadrların təyin olunması Azərbaycanın gələcək inkişafı ilə bağlı çox mühüm məsələdir və cənab prezident bu məsələlərə böyük diqqət göstərir. Məlum olduğu kimi son vaxtlar prezidentin sərəncamları olub. Bununla da müəyyən gənc kadrlar müxtəlif yüksək vəzifələrə təyin olunub. Etimad böyükdür. Hesab edirik Azərbaycan yeni səhifəni açır. Bunun üçün kadr dəyişikliyi də olmalıdır. Yeni qüvvələr gəlməlidir. Müasir düşüncəli insanlar, xarici dil bilən yaxşı ixtisas alan insanlar. Növbəti sərəncam ola bilər. Əsas sərəncamlar verilib, vəzifələrə kadrlar təyin olunub".

Son xəbərlər