Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Mətbuat Şurasının sədri Elmira Süleymanovadan narazıdır

24.04.2018 16:52 2 060
Mətbuat Şurasının sədri Elmira Süleymanovadan narazıdır
Millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ombudsman Elmira Süleymanovadan gileylənib.

Buna səbəb ombudsmanın hesabatında informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı məsələ olub.

“Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim. Yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq”, - deyən millət vəkilinin sözlərinə görə, söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir.

“Cənab prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür.

Artıq neçənci ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur.

Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir. Kimdir məsələdə maraqlı olmayan, bunu bilməliyik. Hesab edirəm ki, bizlər parlament səviyyəsində məsələyə münasibət bildirməliyik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək olar...”, -deyə o əlavə edib.

Son xəbərlər