Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

"Kimsə məni korrupsiyada ittiham edə bilməz" - SƏMƏD SEYİDOV

23.04.2018 18:22 2 416
“Bu gün AŞPA-da çıxış etmək asan deyil. Burada bizim ölkəmizi tamamilə ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”.

Median.Az
xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib.

“Mən bu gün nələrisə pozanların siyahısına daxil edilmişəm. Əvvəl iclasa gəlmək istəmirdim. Sonra gördüm ki, hadisələr başqa istiqamətdə cərəyan edir. Hesabat hər kəs üçün açıqdır. Orada 43-cü maddəyə baxın. Deyilir ki, cənab Seyidovun hansısa korrupsiya halı ilə əlaqəsi yoxdur. Hamin hesabatda görünür ki, mən araşdırma qrupu ilə əməkdaşlıq etmişəm, onlarla 2-3 saat danışmışam. Guya mən davranış kodeksini pozmuşam. Çünki kimsə mənə e-mail atıb, amma mən yox. 18 ildir AŞPA-dayam. Biz hazırda Prosedur Qaydaları komitəsinin qərarını gözləyirik.

Amma görürəm ki, siz burada qərara kimi hesabatla bağlı təcili müzakirə aparırsınız. 18 ildə kimsə məni korrupsiyada ittiham edə bilməz. Amma məsələ mənim ölkəmlə bağlıdır. Ölkəm sivil dünya ilə birgə yaşamaq istəyir. Müəyyən proses gedir və mən bundan narahatam. Detallara baxın və obyektiv olun. Anlayın ki, məsələ insanlar deyil. Məsələ müstəqil cəmiyyət yaratmaq istəyən yeni müstəqil ölkələr barədədir. Onda sizə hər şey aydın olacaq".

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabat Büroya təqdim olunub. Ötən gün büro hesabatın mətnini açıqlayıb.

Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir./apa/

Son xəbərlər