Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yaşlı qadına qarşı inanılmaz fırıldaqlıq: görüntülər kameraya düşüb - VİDEO

23.04.2018 11:19 2 809
Bakıda yaşlı qadına qarşı inanılmaz fırıldaqlıq: görüntülər kameraya düşüb - VİDEO
Bakıda yaşadığı binanın qarşısında kənd məhsulu satan yaşlı qadına qarşı fırıldaqlıq edilib.

Median.Az
"Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində 60 yaşlı Müşgünaz Cəfərovanın başına gəlib. Qadının sözlərinə görə, bir neçə ildir kənddən ona gələn ağartı məhsullarının həyətdə satışı ilə məşğul olur. Ötən gün ona müştəri kimi yaxınlaşan qadın inanılmaz bir dələduzluq edib.

Həmin naməlum qadınla Müşgünaz Cəfərovanın yaxınlıqda olan binaya getmək görüntüləri ərazidəki kameralara da düşüb. Görüntülərdən aydın olur ki, qadın satıcının onunla evə qalxmasını istəmir. O, əli ilə Müşgünaz Cəfərovaya eyvanın altında durmağı göstərir.

Təhlükəsizlik kameralarına düşən görüntüdən aydın olur ki, təxminən 30-35 yaşlı qadın, satıcının binanın qarşısında olmamasına əmin olduqdan sonra blokdan çıxaraq əks istiqamətdə qaçır. Müşgünaz Cəfərova hadisədən 20 dəqiqə sonra başa düşür ki, o dələduzluğa məruz qalıb. Dərhal ərazi üzrə 19-cu polis bölməsinə məlumat verib.

19-cu polis şobəsindən verilən məlumata görə, görüntülər əsasında həmin qadın axtarılır.

Son xəbərlər