Mojo.az Banner
17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü

21.04.2018 15:29 2 336
“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı olan xalası oğlunu öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosessdə Seymur Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinib. S.Abıyev ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində qaynı Amin Bayramovu qətlə yetirərək həyətində basdırıb.

Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsinin səbəbini belə danışıb: "Mənə borcu var idi. Söhbət edəndə dedi ki, "arvadımdan xoşun gəlir?”. Mən də bunu başa saldım ki, ayıbdır, bu yaxşı hərəkət, danışıq deyil. Onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

Məlum olub ki, S.Abıyev Amin Bayramovun xanımına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını söyləyib. Məhkəmədə mərhumun xanımı da ifadə verib. Qadın deyib ki, hadisədən 2 ay əvvəl Seymur Abıyev ona zəng edib. Suallara cavab verən şahid Seymur Abıyevin onunla qohum kimi zəng edib danışdığını söyləyib. Şahid S.Abıyevin ona yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Amma məlum olub ki, şahid yalan danışır. Çünki o, istintaqa ifadəsində S.Abıyevin ona zəng edərək görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib. Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb. Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib.

O, bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib. Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib. Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub. Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib. Yenicag.azскачать dle 11.3
Mojo.az Banner