Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaşar Məmmədov erməni məşqçini yalançı çıxartdı

17.04.2018 19:01 2 017
Yaşar Məmmədov erməni məşqçini yalançı çıxartdı
Ermənistanın paytaxtı Yerevanda keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatının keçirilməsinə Azərbaycandan səs verilməsi böyük səs-küyə səbəb olub.

Ermənistanın lehinə səs verənlər arasında adı çəkilən digər şəxs Yaşar Məmmədovdur. 2016-cı ildə Avropa Qılıncoynatma Konfederasiyasının Polşanın Toruny şəhərində keçirilmiş konqresində AQF rəsmisi – vitse-prezident kimi iştirak edən Yaşar Məmmədov olub.

Hazırda AQF-nin prezidenti Mikayıl Cabbarovun müşaviri (məsləhətçi) vəzifəsində çalışan Yaşar Məmmədov bu məsələyə oxu.az vasitəsilə aydınlıq gətirdi:

“Əvvəla, onu bildirim ki, bu məsələni ictimailəşdirən Ermənistan millisinin baş məşqçisi olub. Deyib ki, guya Azərbaycanla Türkiyə Ermənistanın xeyrinə səs verib. O bunu Ermənistanla qonşu ölkələr arasında münasibətlərin pis olmamasını göstərmək üçün edib. Əslində isə yalan danışır. Həmin vaxt mən, ümumiyyətlə, səsvermədə iştirak etməmişəm.

Belə xatırlayıram ki, onda bu Avropa çempionatını keçirməyə yeganə namizəd Yerevan idi. Belə olan halda isə səsvermə keçirilmir. Həmin konqresdə turniri keçirməyə başqa namizədlər olmadığından, Avropa birinciliyinin Yerevanda keçirilməsinə qərar verildi. Onun dediyi kimi, Ermənistanla bərabər digər namizəd İsrail olmayıb. Hər halda belə olsaydı, mən İsrailin xeyrinə səs verərdim. Həm bu ölkə ilə Azərbaycan arasında xoş münasibətlər var, həm də İsraildə yəhudi dostlarım çoxdur. İstərdim ki, ora gedib onları görüm

Sonra onun Azərbaycan və Türkiyənin Ermənistana səs verməsini bilməsi də gülüncdür. Axı, o necə bilə bilər ki, hansı federasiyalar Ermənistana səs verib?! Səsvermə anonim şəkildə keçirilir və orada hansı federasiyanın hansı namizədə səs verməsi bilinmir”.

Yaşar Məmmədov Ermənistan millisinin baş məşqçisi Alik Navasardyanın bu açıqlaması çıxdıqdan sonra Gənclər və İdman naziri Azad Rəhimovun ona zəng etdiyini, bu haqda danışdıqlarını bildirib. Məmmədov onu da bildirib ki, bu məsələ ilə bağlı sabah nazir müavini İsmayıl İsmayılovun qəbulunda olacaq.oскачать dle 11.3
Mojo.az Banner