Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

NATO baş katibindən Türkiyənin ittifaqdan çıxarılması tələblərinə münasibət

16.04.2018 19:05 2 871
NATO baş katibindən Türkiyənin ittifaqdan çıxarılması tələblərinə münasibət
"Türkiyə ittifaqda açar rol oynayan bir müttəfiqdir. Türkiyə birgə təhlükəsizlik fəaliyyətimizə töhfəsini verir və İŞİD-ə qarşı mübarizədə böyük rol oynayır". NTV-nin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. "Türkiyə NATO üçün çox iş görür. NATO Türkiyənin yanındadır. Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir. Bugünki görüşdə iyul ayında keçiriləcək NATO zirvəsinə hazırılıq məsələləri də müzakirə olundu. Çavuşoğlu Afrin əməliyyatı ilə bağlı məni məlumatlandırdı. "Zeytun budağı" əməliyyatında Türkiyənin şəffaflıqla hərəkət etməsindən məmnunam. Dumada baş verən kimyəvi hücumdan da danışdıq. Kimyəvi silahlar qadağandır. Bununla bağlı beynəlxalq razılaşma var. Son hərbi əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silah imkanlarının azaldılmasıdır. Bu, bir mesaj idi", - deyə Y. Stoltenberq vurğulayıb.

Baş katib "Türkiyə NATO-dan çıxarılsın" çağırışlarına da münasibət bildirib: "Türkiyə NATO-nun olduqca önəmli bir üzvüdür. Türkiyənin hərbi infrastrukturuna yatırım qoyuruq. Çox mühüm bir müttəfiqimizdir".

M. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə üzv ölkələrlə birlikdə NATO-nun genişləndirilməsinin tərəfdarıdır: "NATO-dan terrorla mübarizəmizdə daha çox dəstək gözləyirik. Bütün terror təşkilatları ilə mübarizəyə davam edəcəyik. Türkiyədə keçiriləcək NATO zirvəsində Suriya, İraq və Liviya kimi regional məsələləri də müzakirə edəcəyik".//APA

Son xəbərlər