Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Polis seçki günü bülletenlərinin üzərində “Diktator” yazan şəxsləri tapdı – Bəziləri axtarışdadı!

13.04.2018 13:41 2 356
Polis seçki günü bülletenlərinin üzərində “Diktator” yazan şəxsləri tapdı – Bəziləri axtarışdadı!
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.
 
Məlum olduğu kimi, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınmış və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.
 
İstər yerli, istərsə də xarici müşahidəçilərin rəyinə görə, seçkilər mütəşəkkil şəkildə, seçicilərin yüksək fəallığı şəraitində baş tutdu. Amma həmişə olduğu kimi, bu dəfə də prosesə kölgə salmaq istəyən, seçkilərin şəffaflığını şübhə altına almağa cəhd edən qüvvələr də tapıldı. Marginallaşmış müxalifətə, radikal dindar qruplara və xaricdəki antimilli ünsürlərə bağlı olan bəzi şəxslər aldıqları təlimata uyğun olaraq, bülletenləri korlamaqdan da çəkinmədilər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator” sözü yazaraq qutuya atdılar.
 
Hüquq mühafizə orqanlarındakı mənbələrdən azxeber.com-a verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.
 
Məlumatı verən mənbə onu da qeyd etdi ki, dünəndən başlayaraq Milli Şura və Müsavatın aprelin 14-nə təyin etdiyi mitinqin təşkilatçı və fəallarından bir çoxu polis bölmələrinə çağırılıb. Bu gün, sabah və mitinqdən sonra onlar haqqında inzibati cəza tədbirlərinin görülməsi planlaşdırılır. Eyni zamanda, "Məhsul” stadionunda quraşdırılmış üztanıma kameraları vasitəsilə mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək, istər büdcə təşkilatlarında, istərsə də özəl qurumlarda çalışanların həm özləri, həm də yaxınları işdən azad ediləcəklər. Ali məktəblərin rəhbərlərinə də aksiyaya gedən tələbələr barədə müvafiq tədbirlərin görülməsi tapşırılıb.
 
Görünən odur ki, əvvəllər olduğu kimi, bu dəfə də icazəli aksiyadan qazananlar Milli Şura və Müsavat rəhbərliyi, itirənlər isə adi üzvlər olacaq.a

Son xəbərlər