Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir vətəndaş İnstaqram fırıldağının qurbanı olub - VİDEO

10.04.2018 12:06 2 422
Daha bir vətəndaş İnstaqram fırıldağının qurbanı olub - VİDEO
Daha bir vətəndaş İnstaqram sosial şəbəkəsində dələduzluğun qurbanı olub.

Bakı şəhər sakini Bəbək Həsənov 5 gün əvvəl həmin sosial şəbəkədə ''Panelxidməti'' adlı səhifəyə izləyici sayını artırmaq üçün mesaj yazıb. Səhifəni idarə edən şəxs isə ona bildirib ki, "əgər İnstaqram-da 10 min iziləyəcinin olmasını istəyirsənsə əvvəlcədən deyiləcək telefon nömrəsinə 10 manatlıq kontur göndərməlisən".

Babək Həsənov konturu alıb və şifrəsini ona göndərib. Üzərindən bir müddət keçməsinə baxmayaraq verilən vəd yerinə yetirilməyib.

Aldadıldığını iddia edən Babək Həsənov həmin nömrəyə göndərdiyi konturun geri qaytarılması ilə bağlı mesaj yazıb.

Məsələni araşdırarkən bəlli oldu ki, vətəndaşları aldadan şəxs və ya şəxslər əvvəlcə göstərdikləri xidmət barədə İnstaqram-da mesajlaşandan sonra əsasən xarici ölkələrə məxsus mobil operatorların nömrə kodu ilə whatsapp-da qeydiyyatdan keçib, ödəniləcək məbləğ və kontur şifrəsini həmin nömrəyə göndərməyi istəyirlər.

Elə Babək Həsənovla whatsapp-da yazışan şəxsin nömrəsinə nəzər saldıqda da məlum oldu ki, həmin nömrə Kanada mobil operatoruna məxsus nömrədir. Məsələ ilə bağlı İnstaqram-da həmin səhifəni idarə edən şəxsə mesaj yazdıq. O, məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.

Mütəxəssislər isə vətəndaşlara tövsiyə edirlər ki, aldanmamaq üçün bu cür səhifələrin xidmətindən istifadə etməsinlər.

Son xəbərlər