Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İŞİD böyük əraziləri necə ələ keçirdi? - Mosulda 15 min gizli sənəd tapıldı - Foto

09.04.2018 21:44 2 563
İŞİD böyük əraziləri necə ələ keçirdi? - Mosulda 15 min gizli sənəd tapıldı - Foto
Median.Az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Suriya və İraqda böyük əraziləri ələ keçirən İŞİD terror qruplaşmasının məğlub edilməsinə və bölgədən təmizlənməsinə baxmayaraq, terror təşkilatının üç il ərzində Orta Şərqdəki geniş əraziləri ələ keçirməsi və necə nəzarət etməsi hamını düşündürən suallardır. ABŞ-ın "New York Times" qəzeti terrorçulardan xilas olduqdan sonra Mosulda ələ keçirilən 15 000-dən artıq sənədə əsaslanaraq, bu sualı cavablandırmağa çalışıb. Qəzet bildirir ki, İŞİD 2014-ci ildə İraq, Suriya, Liviya, Nigeriya və Filippində çox geniş əraziləri ələ keçirib ki, bu ərazilərdə 12 milyon insan yaşayırdı. Ələ keçirilən sənədlər terrorçuların idarəetmə üsullarını ortaya çıxarıb. Terror təşkilatı yalnız güc tətbiq edərək ərazilərə nəzarət edə bilib. Lakin terrorçular güc tətbiq etməklə yanaşı, ordu və təşkilatçılıq sahələrində bu ölkələrin hökumətlərindən daha bacarıqlı işçiləri ələ keçiriblər. Livan əsilli amerikalı tədqiqatçı Favaz Gergesin "İŞİD-in tarixi" adlı kitabında qeyd olunub ki, İŞİD-in idarəetmə və təşkilatçılıq qabiliyyətləri silahlı şəxslərin qəddarlığından az təhlükəli deyil. Qəzet yazır ki, sənədlərdə İŞİD-in vergi və xərac toplanması, pasport və şəxsiyyət vəsiqələri, hətta sürücülük vəsiqələrinin olduğuna dair sübutlar var. Bu isə onların inzibati quruluş yaratmağa müvəffəq olmasını göstərir. Neft ticarəti İŞİD-i maliyyələşdirən ən mühüm iqtisadi qaynaq idi. Terror təşkilatı bu yolla milyonlarla dollar gəlir əldə edib. İşğal altındakı torpaqlarda mövqelərini möhkəmlətdikdən sonra İŞİD, qadınları küçələrdə çadra geyinməyə vadar edib və bu qanuna qarşı çıxanları sərt cəzalandırıb. Qeyd edək ki, məqalədə İŞİD terror təşkilatına məxsus pasportlar, şəxsiyyət vəsiqələri, rəsmi sənədlər dərc edilib.

скачать dle 11.3
Mojo.az Banner