Mojo.az Banner
16:29 Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi  |     15:48 DİN: İtkin düşən 6 nəfər tapılıb  |     15:00 Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib  |     14:24 Devid Kleyton-Tomas vəfat etdi  |     13:40 Ağsuda narkotik plantasiyası aşkar edildi  |     12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |    
Left Banner
Right Banner

Küçələrdə heyvan kəsimində edilən CİDDİ SƏHVLƏR — Əhaliyə xəbərdarlıq

06.04.2018 22:15 4 236
Küçələrdə heyvan kəsimində edilən CİDDİ SƏHVLƏR — Əhaliyə xəbərdarlıq
Son zamanlar Bakıda, hətta bölgələrdə də qəssablar və ya qəssab olmayan insanlar tərəfindən küçədə, yol kənarında diri heyvanların bağlanılıb, sonra kəsilərək satılması halları baş alıb gedir.
Düzdür, insanlar təzə kəsilmiş ətin keyfiyyətinə, faydasına əmindir. Amma bilmək lazımdır ki, əgər heyvanı kəsən qəssab bıçağı iti deyilsə, qəssab heyvanın başını boynundan düzgün ayırmırsa, o ət bizim üçün nəinki faydalı deyil, hətta zərərlidir.

Median.Az xəbər verir ki, bu barədə Medicina.az-a açıqlama verən həkim, naturopat Füzuli Hüseynov insanları ət seçimində diqqətli olmağa çağırıb:

"Halal, düzgün heyvan kəsimində istər iribuynuzlu heyvan, istər qoç kəsimdən əvvəl yaxşı saxlanmalı, rahat olmalıdır. Yəni onu ac, susuz saxlamaq və ya çəkisi artsın deyə çoxlu duz, su vermək olmaz. Heyvanı kəsərkən bıçağı ona göstərmək, bir heyvanı digərinin qarşısında kəsmək, heyvanı döymək, vurmaq, qorxutmaq qəti olmaz. Heyvan digərlərindən ayrılıb, kəsim yerinin arxasına aparılmalı, gözü bağlanmalı, bıçaq çox iti olmalıdır. Əgər heyvan iti bıçaqla, düzgün kəsilibsə, həmin ətdə peroksidaza fermenti olur. Bu ferment ətin dadlı, keyfiyyətli olması üçün önəmlidir. Əgər peroksidaza yoxdursa, ətin çox az hissəsi insanın hüceyrə qılafından hüceyrə içinə keçib, onu qidalandıra bilir. Bir sözlə, peroksidazası olmayan əti nə qədər yesək də, qarnımızı şişirtməkdən başqa bir işə yaramaz.

Mən bu haqda çox savadlı, təcrübəli insanlardan, qəssablardan soruşmuşam. Heyvanın yanında başqa heyvan kəsiləndə, kəsimdən öncə heyvan qorxanda ətdə peroksidaza fermenti azalır. Bu barədə peyğəmbərdən də hədislər var. Bıçağı heyvan yanında itiləmək onu bir neçə dəfə öldürmək deməkdir. Deməli o heyvanın əti ölü və faydasız ətdən başqa bir şey deyil”.

Həkim ət alarkən onun kəsim yerinə də diqqət yetirməyi məsləhət görür:

"Bakıda var belə yerlər: ət kəsimi yeri ayrı olur, satış yeri ayrı, heyvanlar ayrı saxlanılır. Mən özüm də yol kənarında dediyim qaydalara riayət etməyən qəssablardan ət almıram. Sexlərdə və ət istehsalı müəssisələrində ət kəsimi qaydaları yaxşıdır, amma onların da yemində hormonlar olduğundan dadsız və zərərlidir. Sadəcə ət kəsimi ilə məşğul olan insanlara demək istərdim ki, heyvanı halallıqla, düzgün kəsmək savabdır və o ətin millətimizə də faydası olar”.скачать dle 11.3
Mojo.az Banner