Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Daşım yaman ağırdır..." - İlqarə

06.04.2018 22:01 3 111
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

Median.Az axşam.az-a istinadən xəbər verir ki, İlqarə arıqlamağından danışıb:

"Gözəl yeməklər bişirirdim. İndi məndən soruşanda ki, nə vaxt yemək bişirirsən? Deyirəm, bir də yemək bişirməyəcəm. Çünki mən ömürlük pəhrizdəyəm".

İlqarə dostlarından da söz açıb. O bildirib ki, son günlər dostluq etdiyi insanlardan zərbələr alıb:

"Rəfiqədən yarımamışam. Mənim daşım yaman ağırdır. Əvvəl deyirdim ailə önəmli deyil. Amma indi baxıram ki, yox, onların böyüdüyü ailəyə fikir vermək lazımdır. İllər ərzində anamın ətrafında olanları da görmüşəm. Son vaxtlar dostlarıma qarşı ayrıseçkilik edirəm. Kimin yeri haradı bilməlidirlər".

İlqarə geyim həvəskarı olmadığını söyləyib:

"Geyim həvəskarı deyiləm. Hərdən elə olur ki, xoşuma gələn paltarı cırılana qədər geyinirəm. Paltarı saatlarla seçmərəm, amma makiyaj edərəm. Stilistlər çox deyir ki, gəl səni bəzəyək, getmirəm. Alış-verişi isə anama həvalə edirəm. O, hara gedirsə, alıb gətirir.

Anam çox güclüdür. Bəzən pis olanda anama baxıb, deyirəm ki, mən də onun kimi güclü olmalıyam. Əlləri buraxmaq olmaz".

Son xəbərlər