Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kart ödənişləri üzrə xərclər azalıb

04.04.2018 13:03 2 383
Azərbaycanda kart ödənişləri üzrə xərclər azalıb
Banklararası Kart Mərkəzinin (BKM) yaradılması ilə Azərbaycanda kart ödənişləri üzrə xərclər azaldılıb.

Oxu.az-a Mərkəzi Bankdan verilən məlumata görə, keçən il bir sıra əməliyyat tipləri üzrə interçeync tarifləri aşağı salınıb.

Eyni zamanda, nağdsız əməliyyatların stimullaşdırılması məqsədi ilə BKM tərəfindən xidmət mərkəzləri arasında aparılan avtorizasiya sorğularının ötürülməsi, klirinqin aparılması və hesablaşmaların başa çatdırılması üzrə banklara tam ödənişsiz xidmət olunur.

Bankdan qeyd edilir ki, BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzin əsas məqsədi ölkənin kart infrastrukturunun təhlükəsizliyinin və fəaliyyətinin davamlılığına əminliyin artırılmasıdır. Sistemin fəaliyyəti ilə ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət mərkəzləri arasında məlumat mübadiləsinin ölkədən kənara çıxmasının qarşısı alınıb və beynəlxalq kart təşkilatlarından asılılıq aradan qaldırılıb.скачать dle 11.3
Mojo.az Banner