Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik sosial yardım almaq istəyənlərə xəbərdalıq etdi

03.04.2018 22:22 2 259
Nazirlik sosial yardım almaq istəyənlərə xəbərdalıq etdi
“Artıq iki ildən çoxdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı mexanizmi avtomatlaşdırılmış sistem (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərində fəaliyyət göstərir. Ötən müddətdə bu elektron sistem dövlət sosial yardımı sahəsində məmur-vətəndaş kontaktları, ümumən insan amilinin iştirakı mümkün olmayan, şəffaf, eyni zamanda vətəndaşların istifadəsi üçün sadələşdirilmiş bir sistemin formalaşmasına imkan verməklə, gözlənilən səviyyədə özünü doğruldub”.

Median.Az xəbər verir ki, bunu "APA-Economics"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün heç bir məmura müraciət etmədən və sənəd təqdim olunmadan, yalnız elektron qaydada müraciət edir: "Müraciətlərə avtomatik şəraitdə 20-dən çox qurumun informasiya ehtiyatlarına inteqrasiya əsasında sistem tərəfindən baxılaraq, yardım təyin olunub-olunmaması barədə elektron qərar qəbul edilir. Yardımın təyin olunub-olunmaması barədə vətəndaşların məlumatlandırılması da elektron qaydada aparılır. Göründüyü kimi, bu prosesdə hər hansı insan müdaxiləsi, kənar təsir mümkün deyil, yardımın təyin olunması, yaxud bundan imtina edilməsi birbaşa elektron sistem tərəfindən həyata keçirilir. Bununla belə, təəssüf ki, bəzi hallarda ayrı-ayrı vətəndaşlarımızın onların ailələrinə sosial yardım təyin etdirmək vədi ilə onları aldatmağa çalışan dələduzlarla qarşılaşmaları faktlarına da rast gəlinir. Bu günlərdə Xaçmaz rayon sakini Kavazova Günel Müzəffər qızı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətində 01.03.2018-ci il tarixdən onun ailəsinə elektron sistem tərəfindən təyin edilmiş 186,29 manat məbləğində ünvanlı dövlət sosial yardımının qarşılığı kimi ondan pul tələb edildiyini bildirib. Araşdırma aparılarkən Günel Kavazovanın ailəsinə sosial yardımın alınması üçün zəruri məlumatların Xaçmaz şəhərindəki “komputer mərkəzinin” İlkin adlı işçisi tərəfindən elektron sistemə 30 manat qarşılığında daxil edildiyi və həmin şəxsin guya Günel Kavazovanın ailəsinə sosial yardım təyin etdirəcəyini bildirərək, təyin olunacaq sosial yardımın 3 aylıq məbləğini Günel Kavazovadan tələb etdiyi müəyyən olunub. Halbuki Günel Kavazovanın ailəsinə sosial yardımın təyin olunması birbaşa avtomatlaşdırılmış sistem tərəfindən həyata keçirilib və burada insan faktoru iştirak etməyib. Sadəcə olaraq, İlkin adlı şəxs Günel Kavazovanın ailəsi ilə bağlı sistemə daxil etdiyi məlumatlardan ailəyə sistem tərəfindən sosial yardım təyin olunacağını ehtimal edib və guya məhz onun müdaxiləsi nəticəsində ailəyə yardım təyin olunacağını deyərək Günel Kavazovanı aldatmaqla ondan pul qoparmaq qərarına gəlib. Bu cinayət əməli ilə bağlı hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət edilib”.

E.Babayev vurğulayıb ki, qeyd olunanları nəzərə alaraq, vətəndaşlara bu və ya digər şəxsin guya hər hansı ailəyə sosial yardım təyin etdirə bilməsi, yaxud onun köməkliyi ilə sosial yardım üçün elektron müraciət ediləcəyi halda sosial yardım təyin olunacağı vədinə aldanmamağı tövsiyə olunur: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, sosial yardımın təyin olunub-olunmaması barədə qərar yalnız avtomatlaşdırılmış sistem tərəfindən qəbul olunur və kimliyindən asılı olmayaraq, hər hansı insan müdaxiləsi ilə bu qərarın verilməsinə təsir etmək mümkünsüzdür. Eyni zamanda, hansısa vətəndaş ailəsinə sosial yardımın alınması üçün elektron formada müraciət etməkdə çətinlik çəkirsə, elektron qaydada müraciətin edilməsi ilə bağlı ətraflı izahat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-Çağrı mərkəzlərinə də müraciət edə bilər”.

Son xəbərlər