Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı |
Mojo.az Avto
Mojo.az Avto

Səfirlikdən Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı — AÇIQLAMA

31.03.2018 23:24 2 482
Səfirlikdən Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı — AÇIQLAMA
Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.

Median.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.

Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb.

Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.

Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.

Səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır.

Son xəbərlər