Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərhədi pozanlar saxlanılıb

29.03.2018 12:48 1 871
Sərhədi pozanlar saxlanılıb
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Məlumatda bildirilib ki, xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və bir nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından altı nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və səkkiz nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub.

Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək A.M.Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha dörd nəfər Hindistan və­tən­da­şı­­nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub.

Bu şəxslərdən bəzilərinin Azərbaycana gə­­tirilmələrini, burada yerləşdirilmələrini Azər­bay­canda daimi yaşayan Pakistan İslam Respubli­ka­sı­nın və­tən­da­şı Mu­ham­mad Nasirin təşkil etdiyi və onun müəyyən məb­ləğdə ödəniş qar­şı­lı­ğın­da həmin əcnəbiləri qa­nun­suz yollarla leqal­laş­dı­rmağa çalışdığı aşakar edilib.

Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.скачать dle 11.3

Son xəbərlər