Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Miqrasiya Xidmətinin DTX ilə birgə ƏMƏLİYYATI: 26 əcnəbi sax­­­la­nıl­dı

16.02.2018 17:05 2 066
Miqrasiya Xidmətinin DTX ilə birgə ƏMƏLİYYATI: 26 əcnəbi sax­­­la­nıl­dı
12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 24 nə­fər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan və­­tən­da­şı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Median.Az
xəbər verir ki, Miqrasiya Xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk­mənistan vətəndaşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əla­qələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının öl­kəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edil­ib.

Qeyd olunan şəxslər Hindistan vətən­daş­la­rı­nı aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azər­­bay­can Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəy­yən məb­ləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel al­da­dı­laraq ölkə əra­­zi­si­nə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi ra­yon­la­rı əra­zi­sin­dəki müxtəlif ünvanlarda yer­ləş­dir­ib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azər­bay­can Res­­publikasını tərk edib.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.скачать dle 11.3

Son xəbərlər