Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Polis "iPhone"lərin kilidini ölülərin barmaq izləri ilə açır - İNANILMAZ

24.03.2018 17:56 3 067
Polis
Telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərinin son illərdə geniş şəkildə istifadə edildiyi qeyd olunur

"Forbes" jurnalında yayımlanan bir məqalədə yazılana görə, ABŞ-da polislər ağıllı telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərindən istifadə edirmişlər. Sputnik Azərbaycan tamindir.com-a istinadən xəbər verir ki, adsız mənbələrə əsaslandırılan məqalədə, telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərinin son illərdə geniş şəkildə istifadə edildiyi qeyd olunur.

"Forbes"dəki məqalədə iddia edilir ki, ABŞ polisi həddindən artıq dozada narkotik qəbul edərək həyatını itirmiş bir qurbanın narkotik maddəni haradan və kimdənaldığını tapmaq üçün barmaq izindən istifadə edərək telefonunun kilidini açıb. Federal Təhqiqatlar Bürosunun (FBI) bu üsulu ən çox "iPhone"lərdə istifadə etdiyinə diqqət çəkən məqalə, "Apple" ilə FTB arasında yaşanan soyuq müharibəni xatırladır.

FTB 2016-ci ildə San Bernardinoda hücum edərək 14 nəfəri öldürən Rizvan Farukun "iPhone"unu aça bilmək üçün "Apple"dən xüsusi bir proqram yaratmasını istəmişdi. FTB tərəfindən gələn bu tələbi rədd edən şirkət, istifadəçilərin telefonunu açmaq üçün şifrə sistemini təsirsiz hala gətirməyin təhlükəli bir presedent yaradacağını müdafiə etmişdi.

"Apple"ın icraçı direktoru Tim Kuk FBI-yın yaxşı niyyətli olduğunu bildiklərini, ancaq hökumətin "iPhone"lərdə "arxa qapı" yaratmaq fikri ilə qətiyyən razılaşmadıqlarını bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner