Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtovağzalda avtobus problemi: Qiymətlər də artırıldı - VİDEO

23.03.2018 17:36 2 352
Avtovağzalda avtobus problemi: Qiymətlər də artırıldı - VİDEO
Bayram istirahəti başa çatmasa da, bölgələrdən paytaxta qayıdan sərnişinlərin sayı çoxalıb.

Median.Az Xezerxeber.az-a istinadən məlumatına görə, Cəlilabad avtovağzalında Bakıya getmək istəyən sərnişinlər həmin istiqamətdə marşrut olmadığı üçün saatlarla yolda gözləməli olublar. Rayondan Bakıya getmək istəyən sərnişinlər avtobus problemi ilə üzləşiblər.
Rayon sakinlərinin sözlərinə görə, sürücülər sərnişin sıxlığından istifadə edərək qiymətləri artırıblar. Adi vaxtlarda Cəlilabad-Bakı marşurutu ilə sərnişinlər 5 manata gedirdilərsə, indi qiymət 8-9 manata qaldırılıb.

Sərnişinlərin bir çoxu baha qiymətə belə getmək istəsə də, yenə də marşurut tapılmır. Eyni istiqamətdə sərnişindaşıma ilə məşğul olan taksilər də qimətləri 10 manatdan 20 manata qaldırıblar.

Məsələ ilə bağlı Cəlilabad avtovağzalından bildirdilər ki, sərnişin sıxlığının yaranmasının səbəbi Cəlilabad avtovağzalındakı mikroavtobus sürücülərinin xətdən çıxaraq Biləsuvar-İran sərhədindən baha qiymətə iranlı turistləri daşımağa getmələridir. Bundan başqa, qurumdan o da bildirildi ki, hər il Bakı Beynəlxalq Avtovağzalından bayram günlərində kömək üçün Cəlilabad-Bakı marşrutu üzrə əlavə mikrovatobuslar göndərilsə də, bu il nəzərdə tutulmayıb. Elə buna görə də rayonda sərnişindaşımada çətinlik yaranıb.

Son xəbərlər