Mojo.az — elanlar
Son Xəbərlər
21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda valideynlər həyəcan təbili çalırlar: “Balalarımızı zəhərləyirlər” – FOTO

22.03.2018 17:22 33 855
Bakıda valideynlər həyəcan təbili çalırlar: “Balalarımızı zəhərləyirlər” – FOTO
 "Uşaqları göz görəsi zəhərləyirlər. Heç kim də gözün üstə qaşın var demir. Aptekin sahibi ona-buna eşitdirib ki, arxasında dayanan var. Əlbəttə, var, "yuxarıdan” himayə edilməsə, aşkar şəkildə uşaqlarımızı zəhərləməz ki”.

Pressclub.az-a müraciət edən Xətai rayon, İnqilab İsmayılov küçəsinin sakinlərinin narahatçılığıdır bu. Sakinlər iddia edirlər ki, İnqilab İsmayılov küçəsində, 40 saylı marşurutun sonuncu dayanacağında fəliyyət göstərən aptek reseptsiz "Tramadol” dərmanı satır. 

Məlumat üçün bildirək ki, "Tramadol” güclü ağrıkəsici hesab edilir. Dərman ancaq reseptlə, özü də iki möhür olmaq şərti ilə (möhürün biri müalicə həkimi, digəri isə baş həkimə məxsus olur) alına bilər apteklərdən. 

"Tramadol” uyuşdurucu xüsusiyyətə malik olduğundan, əsasən, nakrotik asılıları onu əldə etməyə çalışırlar. Belə olan halda bəzi aptek sahibləri daha çox mənfəət əldə etmək üçün dərmanı reseptsiz satmağa razılıq verirlər. Hətta bu yaxınlarda belə satışlar həyata keçirdiklərinə görə bir neçə aptek midiri də həbs olunub. Sakinlər deyirlər ki, sözügedən aptekin sahibi də həmin dərmanları reseptsiz satır. 

"Əl altdan satmağa çalışırlar. Aptekin müştərilər olan hissəsində adətən başqa adam olur. Həmin adam "Tramadol” müştərilərini kənardakı pəncərəyə yönəldir. Aptrek 24 saat işləyir. Gecə getsəniz, ərazininin bütün narkomanları orada olur. Hamısı dərman arxasınca gəlir”. Valideynlər bildirirlər ki, dərman artıq yaxınlıqdakı məktəblərə də yol açıb. "Narahatıq, çünki hamımızmın balasını təhdid edir bu bəla. Uşaqlar bir yerə düşəndə məlumdur ki, biri istifadə edəndə digərinə də təklif edirlər, uşaq imtina etdikdə isə müxtəlif vasitələrlə təhrik etməyə çalışırlar. Yəni heç kimin balası bu bəladan sığortalanmayıb. Bir neçə nəfər pul qazanacaq deyə mənim uşağımın həyatı niyə məhv olmalıdır ki”.

Bildirək ki, Tramadolun 1 qutusu depolardan 3.40 manata alınır. Bir qutuda 2 list olur. Aptekdə isə listini 5 manata verirlər. Yəni qutusunu 10 manata, təxminən 3 dəfə baha qiymətə. 




Son xəbərlər