Mojo.az Banner
21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Film Fondunun işçilərinin maaşı artırılıb

22.03.2018 12:46 2 538
Dövlət Film Fondunun işçilərinin maaşı artırılıb
Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən Dövlət Film Fondunun direktor müavininin maaşı 725 manatdan 798 manata, direktor müavininin maaşı 615 manatdan 677 manata, şöbə müdirinin maaşı 545 manatdan 600 manata, baş mühafizəçisi, baş biblioqraf, baş redaktor, baş mütəxəssisin maaşı 475 manatdan 423 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis, bərpaçı-rəssamın maaşı 450 manatdan 495 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi, mütəxəssisin maaşı 440 manatdan 484 manata, Kompüter operatoru, sürücü, kinomexanik, katibə-makinaçı 190 manatdan 209 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran, dalandarın maaşı 135 manatdan 165 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner