Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ödənişli yol nə vaxt istifadəyə veriləcək? — Saleh Məmmədov açıqladı

17.03.2018 22:45 2 519
Azərbaycanda ödənişli yol nə vaxt istifadəyə veriləcək? — Saleh Məmmədov açıqladı
"Son illər ölkədə həyada keçirilən irimiqyaslı layihələrdən bir çoxu məhz yol infrastrukturunun müasirləşməsi ilə bağlıdır. Qafqazda bir ilk olan ödənişli yolun may ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. Artıq tariflərlə bağlı da müəyyən parametrlər müəyyənləşib".
Median.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Xəzər Televiziyasına müsahibəsində bildirib. Agentliyin rəhbəri Şamaxı yolundakı sürüşmə probleminin birdəfəlik həllini nəzərdə tutan yeni layihədən də danışıb.

Ələt ərazisindən cənub istiqamətində Astaraya qədər inşa olunan ödənişli yolla bağlı işlər yekunlaşmaq üzrədir. Ödəniş sisteminin hansı formada həyata keçirilməsi ilə bağlı hazırda işlər aparılır. Bununla bağlı tender keçirilib və Cənubi Koreyanın bir şirkəti ilə razılaşma əldə olunub. Həmin şirkətlə bütün detallar tam razılaşdırıldıqdan sonra layihənin son forması hökumətə təqdim ediləcək. Bu barədə açıqlama verən Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, həmin şirkət yolda turniketlər qurulması və digər öədniş sisteminin tətbiqini həyata keçirəcək.

Qeyd edək ki dünya praktikasında ödənişli yolllar adətən mövcud olan yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülüb. Belə ki ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Amma təbii ki bu yolun müəyyən üstünlükləri olacaq. Saleh Məmmədov deyir ki, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq baxımdan daha sərfəli olacaq. Tariflər müəyyənləşdirildikdə də elə bir məbləğ seçiləcək ki, istifadəçilər üçün sərfəli olsun.
Agentliyin rəhbəri həmçinin daha bir böyük layihə ilə bağlı da məlumat verib. Bu isə Bakı-Şamaxı-Yevlax magistral yolunda tez tez baş verən sürüşmə və çökmə probleminin birdəfəlik həllini nəzərdə tutur. Hazırlanan layihəyə əsasən bu yolda viyaduklardan istifadə edilə bilər.

Bununla da bağlı təkliflər hökümət tərəfindən təsdiq olunarsa yaxın gələcəkdə işlərə başlanılacaq. Bu layihənin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yol Balakəndən Gürcüstan sərhəddinə olan magistralın bir hissidir.

Son xəbərlər