Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər – RƏSMİ

16.03.2018 14:11 2 557
Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər – RƏSMİ
Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.
Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə universiteti 4 ildən tez bitirə bilər.

“Azərbaycan ali mətəblərini 4 ildən tez bitirməklə bağlı təcrübə var. Hər bir gənc əgər özündə bu gücü hiss edirsə, universiteti 4 ildən tez bitirə bilər. Səhv etmirəmsə, ötən il və ya ondan öncəki il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi universiteti 3 il yarım müddətinə bitirərək məzun olub”.

“Universiteti vaxtından tez bitirənlər hərbi xidmətə yollana bilərmi” sualına isə Təhsil Nazirliyinin rəsmisi belə cavab verib:

“Universiteti vaxtından əvvəl bitirən şəxs haqqında məlumat həmin şəxsin universiteti bitirməsi ilə bağlı müvafiq komissiyanın əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir. Daha sonra isə həmin şəxsə vətən qarşısında öz borcunu yerinə yetirməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırış vərəqəsi göndərilə bilər”.
скачать dle 11.3

Son xəbərlər