Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir neçə universitetin tələbə yataqxanası tikiləcək

12.07.2024 12:57 810
Bir neçə universitetin tələbə yataqxanası tikiləcək
2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər.

Median.Az
trend-ə istinadən xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

"Daha bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindəyik. Bilirsiniz ki, 30 ildən artıq bir müddətdə keçmiş məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. Ölkə başçısının tapşırığı ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər.

Bu da bizə və özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparılmasına şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır.

Eyni zamanda, özəl sektor üçün də gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddət alır. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər", - o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner