11:17 Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 286 nəfər saxlanılıb  |     22:50 “Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov  |     22:41 "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB  |     22:30 Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır  |     22:22 Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib  |     22:17 Ərdoğan Körfəz ölkələrinə səfər edəcək  |     22:10 Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub  |     22:03 Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO  |     21:56 Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi  |     21:48 Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA  |     21:37 Bakıda iş adamı narkotiklə SAXLANILDI  |     21:22 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:14 Füzulidə körpə ölü doğulub  |     21:06 “Mənə qalan qızım oldu...” - Xalq artisti  |     20:55 Zakir Həsənov Özbəkistana getdi  |     20:48 Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida  |     20:40 Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir  |     20:33 Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı  |     20:28 Epizootik vəziyyət nəzarətdə saxlanılır  |     20:20 Bakıda taksi sürücüsü qarət edildi  |    

ABŞ-da “Arsax” küçəsi olacaq

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adı dəyişdirilərək “Arsax” ediləcək.

Bu barədə Amerika Erməniləri Milli Komitəsinin rəsmi səhifəsində məlumat verilir.

Qərar şəhər şurasında səsvermə nəticəsində yekdilliklə qəbul olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.

Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.

“Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub.

ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, - deyə XİN sözçüsü Hikmət Hacıyev qeyd edib./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 480 16.03.18 11:55