Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi

15.03.2018 15:23 6 079
Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Konfransı federasiya prezidenti Rövnəq Abdullayev açdıqdan sonra söz Elmar Babanlıya verilib.

Babanlı isə Azərbaycan cüdoçularının 2017-ci ildə əldə etdiyi nailiyyətlər barədə hesabat verib.

O bildirib ki, ötən il 191 medal qazanmışıq. Bunlardan 68-i qızıl, 57-si gümüş və 66-sı bürünc medal olub.

Məruzəçi Faiq Cəfərov isə sponsorlardan 72 faiz, Beynəlxalq Cüdo Federasiyasından (BCF) 23 faiz, beynəlxalq tədbirlərdən 5 faiz federasiyaya gəlir əldə edildiyini bildirib.

Gəlirlərdən 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatın SOCAR-ın BCF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub.

Xərclər isə beynəlxalq yarışlara, ölkədaxili yarışlara, əməkhaqqı və mükafatlara, müalicə və vitaminlərə, nəqliyyat, viza məsələlərinə və s. olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib.

Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.

Federasiyanın İcraiyyə Komitəsinə 2012-ci ildə yaradılmış “Cudo Klub”un təsisçisi, veteranlar arasında dünya və Avropa çempionu, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov seçilib.

Səkkiz klub isə federasiyanın üzvlüyünə rəsmi şəkildə qəbul edilib. Bunlar DİN İdman Cəmiyyəti, MOİK, “Sərhədçi”, FHN, “Cudo Klub”, “Qəbələ” İdman Klubu, “Turan” və 1 nömrəli RİOEUGİM-dir.

Son xəbərlər