Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi

13.03.2018 22:19 2 994
İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi
İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib.

Median.az virtualaz.org-a istinadən bildirir ki, Rəhimov "Kiyevskaya ploşad" şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş "Fina" hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında "Kreml siyahısı"nın açıqlanmasından dərhal sonra baş verib. "Kreml siyahısı" yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, "Kiyevskaya ploşad" şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı "Kreml siyahısı"ında yer almırdı.

Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

"Forbes" jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə "Kiyevskaya ploşad" kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında "Ukrayna" oteli, "Sadovod" bazarı, "Kaşirka avtomobil bazarı", "Grand" və "Grand 2" ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

Fevralın 2-dən etibarən isə "Kiyevskaya ploşad" şirkətlər qrupuna daxil olan "Vısotka" MMC, "Flora və Fauna" MMC, "Kaşirka Avtomobil Ticarət Mərkəzi" MMC, "Grandtitul" MMC, "Avers-3" ticarət-sənaye şirkəti, "Otel İnvest" MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı "Fina LLP" hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.

Son xəbərlər