Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) |
Mojo.az Avto
Mojo.az Avto

“Halal nemət, 1000 bərəkət” sosisinin içindən siçan nəcisi çıxdı - FOTOLAR

07.03.2018 17:24 7 540
“Halal nemət, 1000 bərəkət” sosisinin içindən siçan nəcisi çıxdı - FOTOLAR
Azərbaycanda murdar və leş ətlərdən istifadə olunaraq kolbasa, sosis məmulatlarının hazırlanması haqqında dəfələrlə yazılıb.

Bu dəfə şikayət ölkəmizdə müxtəlif çeşidli kolbasa və sosis istehsalı ilə tanınan “Səhliyalı” şirkətinin “Halal nemət, 1000 bərəkət” markalı məhsulundandır.

Kəmalə Qasımova ad-soyadlı istehlakçı “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi tapıb.

“20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, – deyə şikayətçi bildirib.

K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyamıza təqdim edib.

Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.

İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman “Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastalşdıq. Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Həmçinin, bir müddət əvvəl “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olduğu da mətbuatda yer alan yazılarda qeyd edilir.

Bu iddianın nə dərəcədə doğru, yaxud yalan olduğu barədə bir fikir deyə bilmərik.

Şirkət rəsmilərinin mövqeyini dinləyib, aydın şəkildə yazmağa hazırıq.(cebhe.info)





Son xəbərlər