Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır |
Mojo.az Avto
Mojo.az Avto

Brilliant konsert verdi: Mahnılarımı elit təbəqə dinləyir - VİDEO

05.03.2018 12:05 6 956
Brilliant konsert verdi: Mahnılarımı elit təbəqə dinləyir - VİDEO
Xalq artisti Brilliant Dadaşova beş illik fasilədən sonra Heydər Əliyev sarayının səhnəsində “Bu həyat sevgi ilə daha gözəldir” adlı konsert proqramı ilə çıxış edib.

Altı nəfər bək-vokalın müşayiət etdiyi Xalq artisti səhnədə iki geyim dəyişib.

Qonaqları salamlayan Brilliant bildirib ki, onu daha çox elit təbəqə dinləyir:

“Flora Kərimova demişkən, təvazökar olmaq lazım deyil. Mənim mahnılarımı elit təbəqə dinləyir, bu gün buraya yığışanların çoxu da onlardır”.

İllər əvvəl hit olmuş bəstəkar mahnılarını səsləndirən ifaçı konsert zamanı zala da enib.

Tamaşaçaçılarla birgə “Bəri bax” mahnısını ifa edən sənətçi yeni mahnılarını da təqdim edib.

Gecədə mahnıların müəllifləri Dadaşova ilə bir səhnəni paylaşıblar. Bəstəkarlar Vaqif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova səhnəyə çıxıb.

Qeyd edək ki, konsert Etibar Babayevin komandası tərəfindən lentə alınıb.

Son xəbərlər