Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - ŞOK İDDİA

01.03.2018 13:00 3 686
Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - ŞOK İDDİA
Azərbaycanda 3 aya yaxındır ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb.

Median.Az
xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Qarşıdan prezident seçkisi gəldiyini qeyd edən qəzet hesab edir ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər.

Təhsil üzrə eksperti Kamran Əsədov isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: “Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”.

Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini ümumiyyətlə sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib: “Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

Son xəbərlər